Rusiya yaxın vaxtlarda Türkiyə və Azərbaycandan yumurta tədarük edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi açıqlayıb.

Məlumata görə, Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonunadək ediləcək. Eyni zamanda, yaxın vaxtlarda Rusiya Türkiyədən də yumurta idxal edəcək. Bu qərar Rusiyada yumurtanın qiymətini sabitləşdirmək məqsədi daşıyır. 

Bildirilib ki, Rusiyanın daxili bazarında vəziyyəti normallaşdırmaq üçün operativ tədbir olaraq toyuq yumurtasına idxal rüsumları sıfıra endirilib və bu məhsulların tədarükünün artırılması üçün dost ölkələrlə danışıqlar aparılır. 

 

Gözəl Həşimova