Rəsmi Moskva 22 Böyük Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Siyahıda Böyük Britaniyanın dövlət qurumları, İT və qanun xidmət sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin adları da yer alıb.

Qeyd edilib ki, bu qərar İngiltərənin Rusiyaya qarşı aqressiv və düşməncə siyasətinə cavab olaraq qəbul edilib.