"Bir günlük hərbi əməliyyatlar Ukraynaya 100 milyon dollara başa gəlir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri vəzifəsindən yeni istefa vermiş Aleksey Reznikov bildirib . 

O, Ukrinform agentliyinə müsahibəsində qeyd edib ki, ölkənin hərbi-siyasi rəhbərliyini qınamaq ədalətsizlikdir.

Ukraynanın baş naziri Denis Şmıqala görə, bu il ölkənin müdafiə xərcləri 48,7 milyard dollara çatacaq.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bazar günü axşam videomüraciətində Reznikovu Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerovla əvəzləmək qərarına gəldiyini bildirib. Reznikov istefa ərizəsini parlamentə təqdim edib. Bu məsələ parlamentin müvafiq komitəsində razılaşdırıldıqdan sonra səsverməyə çıxarılacaq. Daha sonra Zelenski öz namizədini parlamentə təqdim edəcək.