HƏMAS girovlarının İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsinə dair daha bir razılaşma bu ay baş tutacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" Fələstin rəsmisinə istinadən məlumat yayıb.

"Mübadiləni təşkil etmək dörd-beş gün çəkəcək, bura 50 israilli girov və 150 ​​fələstinli məhbus daxil olacaq", - adının açıqlanmasını istəməyən rəsmi jurnalistlərə deyib.

Agentliyin məlumatına görə, iki razılaşma nəticəsində Qəzza zolağında HƏMAS-ın girov götürdüyü 240-a yaxın şəxsdən 100-ü azad ediləcək. Bunun müqabilində İsrail dövləti öz həbsxanalarında məhbus olan 300 fələstinlini, o cümlədən qocalar, qadınlar və uşaqları azad edəcək.

Öz növbəsində, İsrail Nazirlər Kabinetinin təsdiq etdiyi qətnamədə deyilir ki, atəşkəsin ilk dörd günü ərzində ən azı 50 girov qruplar halında azad ediləcək.

Öz növbəsində HƏMAS hərəkatı İsraillə dörd günlük atəşkəs və İsrail həbsxanalarından məhbusların müqabilində saxladığı girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib.