"Rusiya ilə İran arasında qarşılıqlı əlaqələr son bir neçə ildə yaxşı inkişaf edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.

"Biz dost ölkə Rusiya Federasiyası ilə qarşılıqlı əlaqələrin son bir neçə ildə yaxşı inkişaf etdiyini müşahidə edirik. Tərəqqi və inkişafa nail olmuşuq. Hesab edirəm ki, bugünkü danışıqlar ölkələrimizin potensial imkanlarının reallaşdırılması üçün yeni əlverişli şəraitin yaradılmasına kömək edə bilər", - Rəisi bildirib.

İran prezidenti qeyd edib ki, Moskva və Tehran energetika, kənd təsərrüfatı, təhsil sahəsində əməkdaşlıq edir və universitetlər arasında mübadilə də mövcuddur: "Bütün bu sahələrdə, əlbəttə ki, keyfiyyətli addımlar atıla bilər, bu, ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğun olacaq".