Hegemon dövlətlər Pakistan və İran arasında münasibətlərdə nifaq və qeyri-sabitlik salmağa, iki ölkə xalqını üsyana təhrik etməyə çalışırlar. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı zamanı deyib.

Rəisi deyib: "Dominant güclər İran və Pakistan arasında münasibətlərin inkişafını bəyənmir və üsyana qızışdırmaqla iki xalq, iki İslam ölkəsi arasında parçalanma yaratmağa çalışırlar". 

İran prezidentinin sözlərinə görə, Tehran və İslamabad təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı gücləndirməklə düşmənlərinin planlarını pozmalıdır.

Qeyd edək ki, ölkə arasında münasibətlərdə gərginlik İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisində Ceyş əl-Zolm terror qruplaşmasının iki qərargahına hücumundan sonra yaranıb. İki gün sonra Pakistan Silahlı Qüvvələri antiterror əməliyyatı keçirib və bu əməliyyat zamanı İranın Sistan və Bəlucistan əyalətində ekstremistlərin sığınacaqlarına zərbələr endirilib.