İsrail və HƏMAS qruplaşması arasında davam edən müharibə səbəbilə Rəfah bombardıman edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Rəfahda qaçqın düşərgəsinin bombalanması nəticəsində ən azı 40 nəfər həlak olub. Ölənlər arasında çoxlu qadın və uşaqlar da var.

Bundan əlavə, Qəzzada son 24 saat ərzində 160 nəfər həlak olub.

 

Gözəl Həşimova