Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Əlcəzairin xarici işlər naziri Əhməd Attafı qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, Prezident Administrasiyasında baş tutan qəbul mətbuata qapalı keçirilib.

Görüşdə prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan müşayiət edib.

Təfərrüatlar barədə məlumat verilməyib.