Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya koronavirusa qarşı vaksinin ikinci dozası vurulub. 

Peyvənd vurulduqdan sonra R.Bayramlının səhhətində heç bir dəyişiklik müşahidə edilməyib. O, özünü yaxşı hiss edir. R.Bayramlının vaksinasiya prosesi Bakı Sağlamlıq Mərkəzində aparılıb. 

Qeyd edək ki, ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə də koronavirusa qarşı vaksinin ikinci dozası vurulub.