BMT-nin baş katibi Antonio Quterres HƏMAS hərəkatı tərəfindən heç bir şərt qoyulmadan girovların dərhal azad edilməsinin tərəfdarı olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş katib jurnalistlərə bildirib.

"Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi dəhşətli terror aktlarını qətiyyətlə pislədiyimi, həmçinin Qəzzada saxlanılan girovların dərhal, qeyd-şərtsiz və təhlükəsiz şəkildə azad edilməsinə çağırışımı bir daha təkrarlayıram", - deyə Quterreş qeyd edib.

"Heç nə işgəncəyə, qətlə və mülki şəxslərin oğurlanmasına haqq qazandıra bilməz", - Quterreş vurğulayıb.