İsveçdə Quranın yandırılması təxribatları 9 ayda dövlətə 2 milyon 200 min kron (198,2 min ABŞ dolları) ziyan vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçin dövlət radiosu SR məlumat yayıb.

Məlumata görə, danimarkalı ifrat sağçı siyasətçinin başlatdığı və son 9 ayda İsveçdə davam edən Quran yandırması təxribatları səbəbindən İsveç xəzinəsindən əlavə 2 milyon 200 min kron (198,2 min ABŞ dolları) çıxdığı qeyd edilib. 

Xəbərdə əlavə polis təyinatı səbəbiylə bir çox polisin rutin işlərinin də pozulduğu bildirilib.