"Kursk vilayətinin Rılski və Sudjanski rayonlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) elektron döyüş sistemlərinin köməyi ilə aşkar edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit öz "Telegram" kanalında məlumat verib.

"Rayonun sərhədyanı ərazilərində iki PUA zərərsizləşdirilib. Hər iki Ukrayna pilotsuz uçuş aparatı elektron döyüş sistemlərinin köməyi ilə aşkar edilib və onlar zərərsizləşdirilib. Tələfat və dağıntı yoxdur”, - qubernator bildirib.

O əlavə edib ki, Qluşkovski rayonunun Tetkino kəndini də üç dəfə atəşə tutulub, itki və dağıntı yoxdur.