Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Təklə kənd sakini Laçın Əmralıyevdən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.