Qlobal neft tələbinin bu il gündəlik təxminən 2 milyon barel artaraq 103 milyon 500 min barelə çatacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mərkəzi ofisi Şotlandiyada olan araşdırma və konsaltinq şirkəti "Wood Mackenzie" məlumat yayıb.

Bu artımın 25%-dən çoxunun Çindən qaynaqlanacağı bildirilib. Hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və "OPEC+" qrupunun neft təklifi tələbdən geri qala bilər.

Bildirilib ki, tələb artımı zəif olarsa, bazar həddindən artıq təklifə meyl edə bilər.

 

Gözəl Həşimova