Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Mayın 6-da qızılın qiyməti mayın 3-ü ilə müqayisədə 17,765 manat artaraq 1 unsiya üçün 2179,961 manat təşkil edib.

Gümüş 0,3893 manat bahalaşaraq 1 unsiya üçün 25,2557 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 20,3405 manat artaraq 1466,403 manat, palladiumun qiyməti isə 4,4115 manat artaraq 2308,362 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.