Yaxın Şərq münaqişəsinin kəskinləşməsi səbəbindən Qırmızı dəniz üzərindən daşımalarda yaranan fasilələrdən ən çox əziyyət çəkən Böyük Britaniya şirkətləridir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "S&P Global" reytinq agentliyi məlumat yayıb.

Məlumata görə, sorğuda iştirak edən Böyük Britaniya şirkətləri arasında 12%-i çatdırılma müddətinin artdığını bildirib.

Qırmızı dənizdə daşımaların dayandırılması qiymətlərə yalnız cüzi təsir göstərib. Lakin bunun maddi təsiri bəzi ölkələrdə, xüsusən də Böyük Britaniyada daha çox hiss olunub.

 

Gözəl Həşimova