Qırmızı dənizdəki geosiyasi gərginlik səbəbindən yükdaşıma qiymətləri 8 həftədir ki, artmaqda davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "World Container Index" məlumat yayıb.

Məlumata görə, 40 futluq konteynerin yükdaşıma qiymətində illik artım 93,6 faizə çatıb.

Qeyd edək ki, bu dövrdə yükdaşıma qiymətlərində ən yüksək artım "Şanxay-Genoa" xəttində müşahidə edilib.

 

Əli Ağayev