Qırğızıstanın qızıl ehtiyatı 50 tonu ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin sədri Akılbek Japarov bildirib.

Onun sözlərinə görə, respublika ərazisində ümumilikdə 15 minə yaxın müxtəlif faydalı qazıntı yatağı aşkar edilib:

“Hökumətin həyata keçirdiyi tədbirlər sayəsində hazırda Milli Bankda 50 tondan çox qızıl ehtiyatımız var.Geosiyasi və iqtisadi meyillərin dəyişdiyi indiki dövrdə bu, bizə sabit inkişaf və dövlətimizin gələcəyini təmin etmək imkanı verəcək”.

Qeyd edək ki, 2020-ci ildə Qırğızıstan qızıl ehtiyatlarına görə dünyada 65-ci yerdə qərarlaşıb.

 

Gözəl Həşimova