Qırğızıstan prezidenti Sadır Caparov respublikanın dövlət bayrağında dəyişiklik edilməsi ideyasını dəstəkləyib. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "Kabar" milli agentliyinə müsahibəsində bildirib.

"Bəlkə də bayrağımızın görünüşünə yenidən baxmağın vaxtı çatıb. Bu praktika dünyanın bir çox ölkələrində var ki, dövlət bayrağının elementlərində müəyyən dəyişikliklər edilib", - prezident qeyd edib.

Onun sözlərinə görə, əvvəllər Qırğızıstan cəmiyyətində Qırğızıstan bayrağının günəbaxan kimi göründüyü və bu səbəblə ölkənin diz çökə bilməyəcəyi barədə fikir var idi: "Hətta elə hallar olub ki, bizə qonaq gələn əcnəbilər deyirdilər ki, yəqin ki, ölkəmizdə günəbaxan çox yetişir".

Qeyd edək ki, Qırğızıstan parlamentin bir qrup deputatı respublika bayrağının dizaynının dəyişdirilməsi ideyası ilə çıxış edib. Onun üzərində günəş şüalarının dalğalı deyil, düz olmasını təklif ediblər.