İsrail-HƏMAS qruplaşması arasında davam edən müharibə səbəbilə Qəzzaya humanitar yardım daşıyan daha 65 yük maşını gedib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat açıqlayıb.

Məlumata görə, yardım maşınları "Rəfah" sərhəd qapısından keçərək blokadada olan Qəzza zolağına daxil olub. Bildirilib ki, Misir Qızıl Aypara Cəmiyyətindən 65 yük maşını və Küveytdən 7 təcili yardım maşını göndərilib.

Açıqlamaya əsasən, yük maşınlarında dərman, tibbi avadanlıq, qida, su və yardım materialları olsa da, yanacağın girişinə icazə verilmir.

 

Gözəl Həşimova