"Hər gün Misir vasitəsilə Qəzza zolağına humanitar yardım daşıyan 100-ə yaxın yük maşını göndərilir". 

İqtisadiyyat.az dünya medyasına istinadən xəbər verir ki, bu barədə Dağıstan Müftiliyinin yaratdığı “İnsan” xeyriyyə fondunun Misirdə olan nümayəndəsi Hüseyn Hüseynov bildirib.

Onun sözlərinə görə, Qızıl Aypara hərəkatı Qəzza zolağına humanitar yardımın ötürülə biləcəyi yeganə kanaldır: "Bu, yeganə təşkilatdır ki, bu gün Qəzza zolağına daxil olmaq və hansısa humanitar yardımı çatdırmaq üçün icazə ala bilər. Biz müqavilə bağlayacağıq ki, dağıstanlılardan gələn humanitar yüklər ümumi yükə daxil edilsin və çatdırılsın".