Qəzzanın ən böyük xəstəxanası olan "Əl-Şifa" yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Bundan əlavə, Sərhədsiz Həkimlər təşkilatının tibb müəssisəsi ilə əlaqəsi kəsilib və kompleksin yaxınlığında ağır bombardmanlar qeydə alınıb.

Bildirilib ki, təkcə son 48 saat ərzində 4 xəstəxana fəaliyyətini dayandırıb.

 

Gözəl Həşimova