Bu gün Misirlə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsi vasitəsilə Qəzza zolağından təxliyə siyahısına 421 əcnəbi və ikili vətəndaşlığı olan şəxs daxil edilib.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Xüsusilə İordaniya, İspaniya, Mərakeş, Hollandiya, Peru, Rusiya, ABŞ və İsveç vətəndaşlarına bölgədən çıxmağa icazə verilir.

Təxliyə İsrail ilə HƏMAS qruplaşması arasında oktyabrın 7-dən davam edən müharibə fonunda həyata keçirilir.

 

Gözəl Həşimova