Bu günə qədər 1,4 min əcnəbi Qəzza zolağından "Rəfah" quru keçidi vasitəsilə Misir ərazisinə təxliyə edilib.

Bu barədə İqtisadiyyat.az “Al-Youm as-Sabia”ya istinadən xəbər verir.

Məlumata görə, ötən gün Qəzzadan Misirə 329 əcnəbi vətəndaş gəlib. Beləliklə, bu günə qədər Qəzza zolağından 60 ərəb və digər xarici ölkə vətəndaşlığı olan 1,4 min nəfər Misir tərəfindən qəbul edilib.

 

Gözəl Həşimova