"Qəzza zolağında HƏMAS tərəfindən 49 gün saxlanılan girovların ilk qrupu İsrailə gəlib və burada onları hərbçilər və İsrail kəşfiyyatçıları qarşılayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İDF-nin xüsusi təyinatlıları və Ümumi Təhlükəsizlik Qüvvələri hazırda azad edilmiş girovların yanındadır. Azad edilən girovlar İsrail ərazisində ilkin tibbi müayinədən keçiblər. Onlar İsrail ordusunun əsgərlərinin müşayiəti ilə xəstəxanalara gedəcək və burada ailələrinə qovuşacaqlar", - məlumatda deyilir.

Ümumilikdə azad edilənlərin birinci qrupuna 13 İsrail və 12 Tailand vətəndaşı daxildir.