"Qəzzadakı xəstəxanalarda təcili yardım şöbəsindən başqa bütün şöbələr bağlanıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BBC"nin müxbiri Rüşdi Abulof "Today" proqramına danışıb.

Onun sözlərinə görə, yanacaq çatışmazlığı səbəbindən xəstəxanalarda söbələr bağlanıb:

"Xəstəxana şöbələrinin əksəriyyəti xərclədikləri yanacaq miqdarını minimuma endirmək üçün bağlanıb. Onlar sadəcə həyati xilasetmə missiyalarına diqqət yetirirlər. Bu, fəlakətdir".

 

Gözəl Həşimova