Qəzzada 36 xəstəxanadan yalnız 11-i qismən fəaliyyət göstərir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Qəzzadakı rəsmisi bildirib.

İsrail oktyabrın 7-dən bəri davam edən müharibə nəticəsində 1200 israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

İsrail ilə HƏMAS qruplaşması arasında Qəzza zolağında gedən müharibə səbəbilə ən azı 7 min 700-ü uşaq, 5 min 150-si qadın olmaqla 18 min 205 nəfər həyatını itirib.

 

Gözəl Həşimova