"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşı ailəsi ilə birlikdə Qəzza zolağında dünyasını dəyişib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Tedros Adhanom Qebreyesus "X"də məlumat verib.

"Həmkarlarım və mən məyus olduq: bu gün Qəzzada özümüzdən birini itirdik. Gənc həmkarımız Dima əl-Hac altı aylıq oğlu, əri və iki qardaşı ilə birlikdə faciəvi şəkildə öldü. Ailəsinin bir neçə digər üzvü və eyni evdə sığınanların da öldüyü bildirilir", - Qebreyesus yazıb.