Qəzzada oktyabrın 7-dən bəri 7326 nəfər həyatını itirib. Onlardan 3038-i uşaq, 1726-sı qadın və 414-ü qoca olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzada yerləşən tibb müəssisəsi məlumat yayıb.

Məlumata görə, İsrail-HƏMAS qruplaşması arasında gedən müharibə nəticəsində 18,9 min nəfər xəsarət alıb.

 

Gözəl Həşimova