"İsrail - HƏMAS qruplaşması arasında oktyabrın 7-dən bəri Qəzzada davam edən müharibə nəticəsində 4600-dən çox uşaq həlak olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel məlumat açıqlayıb.

Onun sözlərinə görə, müharibə səbəbilə təxminən 9000 uşaq yaralanıb: "Qəzzada bir milyon uşaq üçün təhlükəsiz heç bir yer yoxdur. Mən bir daha bütün tərəfləri uşaqların beynəlxalq humanitar hüquqa uyğun olaraq müdafiə olunmasını və onlara kömək göstərilməsini təmin etməyə çağırıram".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən həftə Qəzzada ishal və suçiçəyi kimi yoluxucu xəstəliklərin artdığını açıqlayıb.