Ötən ilin oktyabrından bəri Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda Qəzza zolağında azı 126 media işçisi həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza hakimiyyətinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, son günlər Qəzzada bir fələstinli jurnalist, eləcə də Liviya telekanallarından birinin əməkdaşı atəşə tutulub.

 

Gözəl Həşimova