İsrail və HƏMAS qruplaşması arasında Qəzzada gedən döyüşlər nəticəsində ölən 14 min 128 nəfərin 74%-i qadın və uşaqlardır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında deyilir.

Məlumata görə, Qəzza əhalisinin demək olar ki, 80%-nə bərabər olan təxminən 1,7 milyon fələstinli didərgin düşüb. Bildirilib ki, noyabrın 21-dən etibarən köçkün vəziyyətinə düşmüş 1 milyon 37 min fələstinli Qəzza zolağı boyunca UNRWA-ya aid 156 obyektə sığınıb.

 

Gözəl Həşimova