Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı 24 min 448 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 163 nəfər həyatını itirib, 305 nəfər  xəsarət alıb.

Qeyd edilib ki, çox sayda insanın dağıntılar altında qalır, mülki müdafiə və təcili tibbi yardım qruplarının onları xilas etmək üçün addımlar atır.