"Oktyabrın 7-dən İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 14 845 nəfərə çatıb, daha 36 000 nəfər yaralanıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 6150 uşaq və 4 min qadın var.