İsrail və HƏMAS qruplaşması arasında Qəzza zolağında 94 gündür davam edən müharibə nəticəsində ən azı 10 mini uşaq, 7 mini qadın olmaqla 23 min 84 nəfər həlak olub, təxminən 59 min nəfər yaralanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ölənlərdən 326-nın səhiyyə işçisi, 45-nin mülki müdafiə, 112-nin isə jurnalist olduğu bildirilib.

Müharibə nəticəsində 295 təhsil müəssisəsi və 240 məscid qismən dağıdılıb.

Eyni zamanda, 69 min yaşayış evi, 138 məscid, 134 dövlət binası, 95 məktəb və universitet tamamilə dağıdılıb.

 

Gözəl Həşimova