"Qəzza zolağında ən azı 2,2 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

Ümumdünya Ərzaq Proqramı ən azı 1,1 milyon insana yardım etmək niyyətindədir. Halbuki, yardımın artıq 555 mindən çox fələstinliyə göstərildiyi təxmin edilir. Təşkilat daha əvvəl qeyd edib ki, münaqişə başlayandan bəri Qəzzaya lazım olan ərzaqların yalnız 10%-i çatdırılıb.

 

Gözəl Həşimova