Qəzza zolağında ölənlərin sayı 20,4 mini keçib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda ölənlərin sayı 20 424 nəfər, yaralı sayı isə 54 036 nəfərdir.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçülərinin İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.