İsrail-HƏMAS münaqişəsi və Rusiya-Ukrayna müharibəsi Qərbi və Mərkəzi Afrikada səhiyyə sisteminin maliyyələşdirilməsinə təsir edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Məlumata görə, Qəzza və Ukraynada davam edən münaqişələr səbəbindən regionda səhiyyə müdaxilələrinə ayrılan vəsait təxminən 50% azalıb.

Bildirilib ki, donor ölkələr indi resurslarının böyük hissəsini müharibə bölgələrindəki humanitar vəziyyətə yönəldirlər. Mövcud vəziyyət Afrika ölkələrini çox ehtiyac duyulan resurslardan məhrum edə bilər.

 

Gözəl Həşimova