"HƏMAS hərəkatı humanitar atəşkəsin ilk günündə Qəzza zolağında saxlanılan 24 girovu azad edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Girovlar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib", - sözçü bildirib.

Onun sözlərinə görə, azad edilənlər arasında 13 İsrail, 10 Tailand və 1 Filippin vətəndaşı var. Departament sözçüsü qeyd edib ki, bəzi israillilərin ikili vətəndaşlığı var. Bundan əlavə, əl-Ənsari bir neçə Tailand vətəndaşının atəşkəs razılaşması xaricində azad edildiyini vurğulayıb.