Qərbi Trakyada Gümülcine yaxınlığında yerləşən Narlıköydə türk qəbiristanlığına hücum edilib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslərin hücumu nəticəsində 20-yə yaxın məzar daşı zədələnib.

Qəbiristanlığı ziyarət edənlərin diqqətini çəkən hücumla bağlı yerli hakimiyyət orqanları məlumatlandırılıb.

Qəbiristanlığı ziyarət edən Qərbi Trakya Türk Azlığının Məsləhət Şurasının sədri və Gümülcinenin seçilmiş müftisi İbrahim Şərif sosial media hesabında qeyd edib: "Qəbiristanlıqda soydaşlarımıza məxsus iyirmiyə yaxın məzar naməlum şəxslər tərəfindən dağıdılıb. İnşallah Polisə bildirilən hadisədə günahkarlar tapılar, lazımi cəzanı alarlar".