Qərb ölkələrinin Sudandakı münaqişəyə diqqəti Ukrayna və Qəzza zolağında yaranmış gərgin vəziyyət fonunda nəzərəçarpacaq dərəcədə zəifləyib.

Bu barədə İqtisadiyyat.az "The Guardian"a istinadən xəbər verir.

Məlumata görə, Britaniyadakı Sudan diasporunun nümayəndələri və beynəlxalq humanitar təşkilatlar Sudan xalqının problemlərinin Qəzza və Ukraynadakı böhranlarla rəqabət apardığını bilirlər.

Sudanda böhranın artmasına baxmayaraq, ötən 8 ay ərzində Amerika prezidenti Co Bayden sələfləri kimi ölkəyə xüsusi elçi göndərməyib.

Ümumdünya Səhiyyə Təşkilatı dekabrın 18-də bildirib ki, Sudanda münaqişə zamanı 12,5 mindən çox insan ölüb, 24,7 milyon insan humanitar yardıma ehtiyac duyur, 1,45 milyondan çox sakin ölkəni tərk edib.

 

Gözəl Həşimova