Dünyada ən çox yayılmış qəhvə çeşidilərindən biri olan "Robusta"nın qiyməti kəskin artıb. 

İqtisadiyyat.az xəbər verir ki, London "ICE" birjasındakı ticarət məlumatlarına görə, bir ton "Robusta" qəhvəsinin qiyməti 15 illik rekordu qıraraq 3838 dollar təşkil edib.

Qəhvənin qiyməti 4,8% artaraq bir ton üçün 3,838 min dollar olub.

Qiymət artımına səbəb olaraq istehsalçı ölkələrdə anomal istilər və su böhranı səbəbindən qəhvə qıtlığının yaranması göstərilir.

 

Sadiq Cavadov