"Rusiyanın "Qazprom" şirkəti Moldovanın "Moldovagaz" şirkətindən gündəlik qaz tədarükü ilə bağlı müraciətlər alır və onları yerinə yetirir".

İqtisadiyyat.az xəbrə verir ki, bu barədə "Qazprom"un bəyanatında deyilir.

Bundan əvvəl Moldovanın energetika naziri Viktor Parlikov respublikanın tamamilə Avropa İttifaqından qaz tədarükünə keçdiyini bildirmişdi. O, Rusiya qazını almaqdan imtinanı avropalı təchizatçıların daha sərfəli təklifi ilə izah etmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Qazprom" və Moldova tərəfi arasında dialoq, o cümlədən Kişinyovun şirkətə olan borcları nəzərə alınmaqla davam edir.