"Qazprom" Moldovanın qaz borcu ilə bağlı bəyanatları ilə qəti şəkildə razılaşmır və öz hüquqlarını müdafiə etmək niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə holdinq məlumat yayıb.

"Auditorun rəyi "Moldovaqaz"ın müşahidə şurası tərəfindən "Qazprom" və Moldova hökuməti arasında müqavilələrdə nəzərdə tutulanlara uyğun hazırlanmayıb. Hər halda, artıq qeyd etdiyimiz kimi, auditor və onun xidmətlərinin satın alınması üzrə tenderin şərtləri Moldova tərəfindən birtərəfli qaydada Qazprom və "Moldovagaz"ın razılığı olmadan müəyyən edilib", - Qazprom vurğulayıb.

Qeyd edək ki, Moldovanın energetika naziri Viktor Parlikov bir müddət əvvəl bildirmişdi ki, auditin nəticələrinə əsasən, respublika "Qazprom"a olan 709 milyon dollar məbləğində borcun 8,6 milyon dollarını ödəməyə hazırdır. O qeyd edib ki, respublika bu məbləğləri "Qazprom"la beynəlxalq məhkəmədə müzakirə etməyə hazırdır. Daha sonra Moldova Energetika Nazirliyi "Qazprom"a 8,6 milyon dollar ödəməyi və borcun qalan hissəsini silməyi təklif etdiyini açıqlamışdı.