"Qazaxıstanda mart ayında başlayan daşqınlar ölkədə son 80 ildə ən böyük təbii fəlakət oldu".

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev xalqa televiziya ilə müraciətində deyib.

"Uzun illərdir bənzəri görünməyən təbii fəlakət baş verib. Ola bilsin ki, bu, miqyasına və nəticələrinə görə son 80-də ən böyük fəlakətdir. Daşqınlarla əlaqədar ölkənin 10 bölgəsində fövqəladə vəziyyət elan edilib. Tapşırıqlarından sonra hökumət daşqının nəticələrinin aradan qaldırılması istiqamətində işləri gücləndirib və müvafiq tədbirlər həyata keçirir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova