Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 32 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

12:44

Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.