Qazaxıstanın "Qazaq Air" aviaşirkətinin dövlətə məxsus payı satışa çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Milli Rifah Fondu Samruk-Kazyna” Səhmdar Cəmiyyəti "Qazaq Air" SC-nin səhmlərinin 49%-dən 100%-nə qədərinin satışı üzrə tender elan edir.
Bildirilir ki, səhmlərin ilkin qiyməti 10,2 milyard tenge (təxminən 22,4 milyon dollar) təşkil edir.
Gözəl Həşimova