Qazaxıstan hakimiyyəti Fələstin-İsrail münaqişəsinin tərəflərini vəziyyəti sülh yolu ilə həll etməyə çağırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Qazaxıstan Fələstin-İsrail münaqişəsinin çoxlu sayda mülki insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirir. Biz tərəfləri vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi alətlər axtarmağa və münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək hərəkətlərə əl atmamağa çağırırıq", - o qeyd edib.

Smadiyarov bildirib ki, Qazaxıstanın Təl-Əvivdəki səfirliyi İsraildəki həmvətənləri ilə daimi əlaqə saxlayır: "Səfirlikdə qaynar xətt yaradılıb, Qazaxıstan Respublikası vətəndaşlarının vətənlərinə qayıtmalarına əlavə yardım göstərmək üçün onların siyahısı tərtib edilir".