Gürcüstan Qara dəniz sahilində yeni dərinsulu limanın inşasında Azərbaycanla əməkdaşlıq edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda bildirib.

“Biz həmçinin yeni limanın, Anaklia Limanının tikintisinə başlayırıq, son mərhələ başa çatdıqdan sonra limanın tutumu 100 milyon ton olacaq. Həmçinin Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də çox yaxında başa çatacaq. Biz bütün bu layihələrdə Azərbaycanla əməkdaşlıq edirik. Bundan əlavə, bir neçə aydan sonra tarixi, strateji əhəmiyyətə malik layihə, uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi tamamlanacaq. Bizim çox aydın perspektivimiz, uzaqgörən vizyonumuz var. Biz Azərbaycanla çox uzunmüddətli strateji tərəfdaşlıq və dostluq münasibətləri qurmaq istəyirik. Mən bizim birgə baxışımıza inanıram”, - deyə İrakli Qaribaşvili bildirib.