AFFA U-15 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, “ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəliblər. 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Ən yaxşı oyunçu - “Qarabağ”ın üzvü Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu;

Ən məhsuldar oyunçu - 38 qol vuran “Sabah”ın oyunçusu Samir Şərifov seçilib.